AZ

"Bütün ölkələr “demokratiya” adı altında pul xərcləyir"- Politoloq

"Bu təşkilatın, Amerika Birləşmiş Ştatlarının vergi ödəyicilərinin pulunu xərcləməsi və onlardan öz mənfəətləri naminə istifadə etməsidir."

Politoloq Əlimusa İbrahimov bunu News365.az-a açıqlamasında deyib. 

"Bildiyimiz kimi, USAID müxtəlif yerlərdə, müxtəlif ölkələrdə fəaliyyət göstərirdi və təbii ki, hər yerdə pul xərcləyirdi. Bu, Ermənistanda ciddi məbləğdə pul xərcləyirdi, İraqda pul xərcləyirdi, Səudiyyə Ərəbistanında pul xərcləyirdi və digər yerlərdə də eyni fəaliyyət göstərirdi. Ümumiyyətlə, bütün ölkələrdə “demokratiya” adı altında pul xərcləyir və müəyyən proseslərin baş verməsinə və istiqamətləndirilməsinə çalışır. Analitiklər deyir ki, USAID təkcə dünya dövlətlərinə qarşı deyil, həm də rəsmi Bakıya qarşı bir sıra fəaliyyətlər planlaşdırır. Bəlkə də, Ermənistanın işğalçılıq və vandalizm siyasətinə dəstək verməsi və bu istiqamətdə aparılan siyasət, sözügedən təşkilatın hansı prinsipləri əsas tutduğunu bir daha sübut edir."

Seçilən
1
news365.az

1Mənbələr