AZ

Qlobal qeyri-sabitlik fonunda Qlobal Bakı Forumu getdikcə daha çox diqqət cəlb edir - keçmiş Finlandiya lideri

Bakı. Trend:

Qlobal qeyri-sabitlik fonunda Qlobal Bakı Forumu getdikcə dahaçox diqqət cəlb edir.

Trend xəbərverir ki, bunu bu gün 12-ci Qlobal Bakı Forumu çərçivəsindəFinlandiyanın keçmiş prezidenti Tarya Halonen bildirib.

“Bu foruma uzun illərdir ki, çoxsaylı iştirakçılar toplaşır. Busəfər, mənə elə gəlir, say baxımından rekord olub. İnsanların dahaaktiv olduğunu düşünürəm, belə ki, qlobal vəziyyəti əvvəlki kimiöncədən proqnozlaşdırmaq olmur. Ona görə biz, əvvəllər olduğu kimi,bu dialoqa dəstək olmağa və belə görüşləri davam etdirməyə canatırıq”, - deyə Halonen vurğulayıb.

O həmçinin, Finlandiyanın bütün ölkələrlə xoş münasibətlərdəolduğunu, əməkdaşlığa can atdığını və BMT-nin fəal üzvlərindənolduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərindəkeçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətəçevrilməsi” şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfliyanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regionalsabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirəolunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir arayagətirəcək. Onların sırasında 25-dən çox sabiq prezident, 15-dən çoxkeçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yeralacaq.

Məqalədə:
Seçilən
6
az.trend.az

1Mənbələr