Xll Qlobal Bakı Formunda dünya üçün olduqca əhəmiyyətli məsələlər müzakirə olunacaq. Biz də qardaş Azərbaycanın daim yanında olduğumu kimi, burada da iştirak etdiyimiz üçün olduqca qürurluyuq.
Xezerxeber.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin NATO Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu deyib.
O qeyd edib ki, forum dünyanın bir çox ölkəsindən gələn içtirakçıların öz fikirlərini bölüşməsi üçün əhəmiyyətli fürsətdir: “Eyni zamanda, 2025-ci il aprel ayında keçirilməsi planlaşdırılan Antalya Diplomatiya Formu üçün də burada müzakirə olunan məsələlər nümunə rolunu oynayır”.