AZ

Bu BOKT-un maliyyələşmə problemi yarandı - TENDERİ LƏĞV EDİLDİ

"Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının keçirdiyi tender ləğv olunub.

Salyanda milyonluq tender ləğv edilib - DETALLAR

FED.az xəbər verir ki, Gəncə filialının inzibati binasında dam örtüyünün quraşdırılması işlərinin satınalınması ilə bağlı elan edilən müsabiqə maliyyələşmənin dayandırılması səbəbindən baş tutmayıb.

Tenderin ləğvi ilə bağlı rəsmi açıqlamada qeyd olunub ki, satınalmanın maliyyələşdirilməsi dayandırıldığı üçün müsabiqə keçirilməyəcək.

Müsabiqə 30 iyul 2024-cü il, saat 18:10-da elan edilib. Layihənin ehtimal olunan qiyməti 75.178,70 AZN təşkil edirdi. Təkliflərin son təqdim olunma tarixi və zərflərin açılışı 26 avqust 2024-cü il, saat 15:00 olaraq müəyyən edilmişdi.

Lakin maliyyələşmənin dayandırılması qərarı müsabiqənin davam etdirilməsinə imkan verməyib.

Seçilən
0
fed.az

1Mənbələr