AZ

İlham Əliyev tədbirdə iştirak edir

"Dünya düzəninin yenidən düşünülməsi: çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu işinə başlayıb.

News24.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Bakı Forumunda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç, Albaniya Prezidenti Bayram Beqay və Şimali Makedoniya lideri Qordana Silyanovska-Davkova ilə yanaşı 25-dən çox sabiq dövlət başçısı, 15-dən artıq keçmiş baş nazir, 10-a yaxın BMT agentliklərinin rəhbərlərii, 25-dən çox sabiq nazir və nazir müavinləri daxil olmaqla, ümumilikdə 60-dan çox ölkədən 300-dən çox nüfuzlu dünya liderləri iştirak edir.

Qeyd edək ki, son illərdə Qlobal Bakı Forumu dünya siyasətində nüfuzlu platformalardan birinə çevrilib və BMT, Aİ, NATO kimi beynəlxalq qurumların rəsmilərinin, həmçinin sabiq dövlət və hökumət başçılarının iştirak etdiyi mühüm tədbirlərdən biri kimi tanınır.


Seçilən
8
5
news24.az

6Mənbələr