AZ

Ermənistana səfər etmiş türkiyəli jurnalistlər sərhəd keçid məntəqəsində olublar

 Ermənistana səfər edən  türkiyəli jurnalistlər Ermənistan-Türkiyə sərhədindəki Marqara kəndindəki keçid məntəqəsində olublar. 

Missiya.Az erməni mediasına istinadən xəbər verir ki, bu xəbəri türkiyəli jurnalistlərlə birlikdə İstanbula gələn Ermənistanın “Akos” mətbuat orqanı paylaşıb

Nəşr qeyd edir ki, Türkiyədən Ermənistana gələn jurnalistlər Ermənistan-Türkiyə sərhədində 1993-cü ildən bağlı olan Marqara rayonundakı keçid məntəqəsində olublar.

 

Qeyd edək ki, Ermənistan tərəfinin dəvəti ilə bu ölkəyə  gələn türkiyəli jurnalistlər Ermənistanın baş naziri Nikol Paşinyanla da görüşüblər.

 

Elcan

Missiya.Az

Seçilən
0
missiya.az

1Mənbələr