Tramp İrlandiyanın baş naziri Maykl Martini Ağ Evdə qəbul edərkən mətbuat mənsublarına cari məsələlərlə bağlı qiymətlər verib.
Turkustan.az xəbər verir ki, vergi endirimlərindən danışarkən demokratları hədəfə alan Tramp, "Məncə (Çak) Şumer fələstinlidir. Fələstinli olub. Əvvəllər yəhudi idi. İndi o, yəhudi deyil, fələstinlidir" deyib.
Bu şərhlər Şumerin Kolumbiya Universitetində Qəzza etirazlarına rəhbərlik edən fələstinli fəal Mahmud Xəlilin həbsini tənqid etməsindən sonra gəlib.
Şumer X, sosial media platformasındakı paylaşımında, Halilin müdafiə etdiyi fikirlərlə razılaşmasa da, “Əgər ABŞ rəhbərliyi (Həlilin) heç bir qanunu pozmadığını sübut edə bilmirsə və öz fikirlərinə görə bu qərarı verirsə, bu yanlışdır”-deyə, bildirib.
Bildirək ki, Tramp ABŞ-da ən yüksək rəsmi vəzifəyə seçilən Şumerin İsrailin baş naziri Binyamin Netanyahunun əlini sıxmadığını xatırlaradaq, “Çak Şumer fələstinli oldu”-deyə, bildirmişdi.
Aytən Yaşar/ Turkustan.az