AZ

1 saylı Sumqayıt “ASAN xidmət”in fəaliyyəti məhdudlaşdırılır

1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzinin fəaliyyəti qismən məhdudlaşdırılır.

“ASAN xidmət”dən  “Bakuinfo”ya verilən məlumata görə, bu, 16 mart - 7 aprel tarixlərində mərkəzdə aparılacaq zəruri təmir-bərpa işləri ilə əlaqədardır.

Bildirilib ki, vətəndaşlar qeyd olunan müddətdə mərkəzdə yalnız Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azəriqaz” İB, “Azərişıq” ASC, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən göstərilən, həmçinin güzəştli mənzillər və tərcümə xidmətlərindən yararlana bilərlər:

“Eyni zamanda mərkəzdə bütün xidmətlər üzrə hazır sənədlərin verilməsi həyata keçiriləcək. Vətəndaşlardan sözügedən müddətdə müvafiq xidmətlər üzrə 2 saylı Sumqayıt və digər “ASAN xidmət” mərkəzlərinə müraciət etmələrini xahiş edirik”.

Seçilən
14
35
bakuinfo.net

10Mənbələr