
"ABŞ prezidenti Donald Trampın planına uyğun olaraq Qəzzə sakinlərinin köçürülməsi ciddi problemlərlə nəticələnə bilər". “Ulusum”.az xəbər verir ki, bu barədə Ərəb Dövlətləri Liqasının keçmiş baş katibi, misirli diplomat Əmr Musa XII Qlobal Bakı Forumu çərçivəsində NEWS.ru-ya müsahibəsində bildirib. Onun fikrincə, Amerika lideri yaxın gələcəkdə bu təşəbbüsün həyata keçirilməsindən imtina edəcək.Musa deyib: "Əminəm ki, Tramp Qəzza planının sadəcə bir tövsiyə olduğu barədə son sözlərini təsdiq edəcək. Bir milyon insanın istənilən yerə köçürülməsi qaçqınlarla bağlı ciddi problemlər yaradar. Fələstinlilərin torpaqları və evləri var və onların inandıqları hüquqlar var. Onları qovmaq həll yolu deyil." Diplomat vurğulayıb ki, bu addım regionda yalnız yeni çətinliklərə gətirib çıxaracaq.Əmr Musa həmçinin qeyd edib ki, ərəb ölkələri Suriyada dövlət çevrilişindən sonra vəziyyətin sabitliyinin pozulmasından narahatdırlar. O, bildirib ki, "Suriyada sabitlik bütün regionda sülh üçün çox vacibdir. Suriya cəmiyyətinin müxtəlif təbəqələri arasında tökülən qanlara son qoymağın vaxtıdır. Ərəb dünyası bu problemin həllinə kömək etməli və istər regional dövlətlər, istərsə də xarici oyunçular tərəfindən xarici müdaxilələr dayandırılmalıdır."
Diqqət Çəkənlər
Mixail Saakaşvilinin cəzası bəlli oldu
Regina Folk Festivalı 55 ildən sonra daimi olaraq bağlanır
Ramazanın 12-ci günü: dua, imsak və iftar vaxtı