AZ

Rusiyaya qarşı terror İDDİASI: Görün NATO-nun hədəfində nələr var

Şimali Atlantika Alyansı (NATO) Rusiya infrastrukturuna qarşı terror hücumlarını gücləndirmək niyyətindədir.

Publika.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev bildirib.

"Mövcud məlumatlara görə, onların donanması Rusiyanın sualtı boru kəmərlərinə, tankerlərinə və quru yük gəmilərinə qarşı terror fəaliyyətini gücləndirməyi planlaşdırır", - deyə o qeyd edib.

Qeyd edək ki, ötən ilin sonlarında NATO Baltik dənizinə əlavə qüvvələr yeritməyə başlayıb. Onlar təxribatların qarşısını almaqla bu hərəkətlərini ört-basdır edirlər. Patruşevin sözlərinə görə, məhz bu təxribat aktlarının “təşkilatçıları, sponsorları və icraçıları” blokun nümayəndələrinin özləridir.

"NATO "soyuq müharibə" dövründə başlayan dəniz təxribatlarını ləğv etmək niyyətində deyil. Təlimlər və döyüş hazırlığı zamanı belə fəaliyyətlərin inkişafına xüsusi diqqət və əhəmiyyət verilir", - Patruşev iddia edib.

Seçilən
0
publika.az

1Mənbələr