AZ

“Flightradar”: Trampın xüsusi nümayəndəsinin təyyarəsi Qətərdən Rusiyaya istiqamət götürüb

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffun təyyarəsi Rusiyaya ehtimal olunan səfərlə bağlı xəbərlər fonunda Qətərdən şimal istiqamətində uçur.

“Report” xəbər verir ki, bunu “Flightradar” məlumatları sübut edir.

Xatırladaq, ötən gün KİV-lər Uitkoffun Moskvaya gəlmək və Rusiya Prezidenti Vladimir Putinlə görüşmək niyyətində olduğunu bildirmişdi.

Qeyd edək ki, martın 11-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqlar keçirilib. Görüşün nəticəsinə əsasən, Ukrayna 30 günlük atəşkəs rejiminin tətbiqi ilə bağlı ABŞ-nin təklifini qəbul etməyə hazır olduğunu bildirib.

Seçilən
1
2
report.az

3Mənbələr