Bu həftə ABŞ Dövlət Departamenti Konqresə ölkənin Hyper Velocity Gliding Projectile (HVGP) gəmi əleyhinə raket proqramını dəstəkləmək üçün Yaponiyaya mümkün 200 milyon dollarlıq hərbi satış barədə məlumat verib.
“Yaponiya hökuməti özünün HVGP hipersəs döyüş sursatını dəstəkləmək üçün avadanlıq və xidmətlər xahiş edib. Xahiş olunan avadanlıq sınaqlara hazırlaşmaq üçün lazımdır”, - USNI News Müdafiə Təhlükəsizlik və Əməkdaşlıq Agentliyindən sitat gətirir.
Herbiand.az bildirir ki, Tokionun hansı avadanlıqları tədarük etməyi planlaşdırdığı barədə təfərrüatlar açıqlanmır.
“Təsdiq olunmuş satış Yaponiyanın ucqar adalarını müdafiə etməklə cari və gələcək təhdidlərə qarşı durmaq qabiliyyətini artıracaq. Yaponiya bu avadanlıq və xidmətləri öz silahlı qüvvələrinə daxil etməkdə çətinlik çəkməyəcək”, - agentlik bildirib.
Bəxtiyar CƏFƏRLİ