ABŞ Maliyyə Nazirliyi fevral ayı üzrə büdcə balansı hesabatını açıqlayıb.
Marja xəbər verir ki, federal hökumətin büdcə kəsiri 1 oktyabr 2024-cü il tarixində başlayan və 30 sentyabr 2025-ci il tarixində sona çatacaq 2025-ci maliyyə ilinin beşinci ayında 307 milyard dollar təşkil edib.
Keçən ilin fevral ayında federal hökumətin büdcə kəsiri 296 milyard dollar olmuşdu.
Belə ki, fevral ayında büdcə kəsiri keçən ilin eyni ayı ilə müqayisədə təxminən 4 faiz artıb.
Bazar proqnozu 302,5 milyard dollarlıq kəsir idi.
Fevralda dövlət gəlirləri 9 faiz artaraq 296 milyard dollara, xərclər isə 6 faiz artaraq 603 milyard dollara çatıb.
5 aylıq büdcə kəsiri 1 trilyon dolları keçib
2025-ci maliyyə ilinin ilk beş ayı ərzində ölkənin cəmi büdcə kəsiri ötən ilin eyni dövrü ilə müqayisədə 38% artaraq 1,15 trilyon dollar təşkil edib. Kəsir ötən ilin eyni dövründə 828 milyard dollar təşkil etmişdi.
Maliyyə ilinin ilk beş ayında gəlirlər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq 1,9 trilyon dollar, xərclər isə 13 faiz artaraq 3 trilyon dollar təşkil edib.