AZ

“Qarabağ”ın mənim üçün etdiklərini heç vaxt unutmuram“

“Qarabağ”ın mənim üçün etdiklərini heç vaxt unutmuram“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Haiti millisinin sabiq müdafiəçisi Donald Gerye deyib.

O. Azərbaycanda “Qarabağ” və “Neftçi”də çıxış edib.

2017-ci ilin yayından 2019-cu ilin avqustuna və 2020-ci ilin iyulundan 2021-ci ilin fevralında qədər“Qarabağ”da, 2019-cu ilin avqustundan 2020-ci ilin yayına qədər “Neftçi”də oynayıb.

Gerye həmin vaxtdan xeyli keçsə də, hələ də “Qarabağ”da yaşadıqlarını unuda bilmədiyini söyləyib:

“Həm futbolçu, həm də insan kimi yetişdim, çox şeylər öyrəndim. Bu səbəbdən “Qarabağ”ı və Azərbaycanı özümə doğma bilirəm.

Keçmiş komandamı daim diqqətdə saxlayıram. Oyunlarını izləyirəm, əlavə məlumatlar toplayıram.

Oradakı bəzi şəxslərlə bu gün də sıx əlaqəm var. Çox istərdim ki, karyeramı “Qarabağ”da başa vurum.

Hər dəfə o günlər yadıma düşəndə, dərindən təəssüflənirəm ki, bu, mənə müəssər olmadı”.

Seçilən
2
sportinfo.az

1Mənbələr