"Biz 5-ci penaltini vurmağı Endrikə tapşırmaq istəyirdik. Ancaq onun sifətini görəndən sonra qərarımı dəyişdiim".

Offsideplus.az xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasında 1/4 finala yüksələn Madrid "Real"ının baş məşqçisi Karlo Ançelotti deyib.

O, "Atletiko" ilə görüşün penaltilər seriyasında (4:2) zərbə vuranların syahısını necə tərtib etməsi barədə danışıb: "Endrik penalti vuracağına görə heç də xoşbəxt görünmürdü. O zaman dedim "Dayan, dayan...". Biz Rüdigeri seçdik, o, daha soyuqqanlı görünürdü".

K.Ançelotti "Atletiko"nun oyunçusu Xulian Alvaresin ləğv edilmiş qoluna da toxunub: "Bəli, o, zərbə zamanı topa 2 dəfə toxundu. Sol ayaqla toxundu, sağla vurdu. Bu, çox qəribədir".