AZ

Azərbaycanda qızılın bir unsiyasının qiyməti 5 000 manatı keçdi – İlk dəfə


Azərbaycanda qızılın bir unsiyasının (31 qram) qiyməti psixoloji həddi – 5 000 manatı keçib.
Yeniavaz.com
xəbər verir ki, Mərkəzi Bankın bu gün açıqladığı məlumatda qızılın bir unsiyasının qiymətinin 5 006 manata bərabər olduğu göstərilib.
Qeyd edək ki, daha əvvəl qızılın qiyməti heç vaxt bu səviyyəyə qalxmayıb.
Onu da bildirək ki, son günlər dünya bazarlarında qızılın qiymətinin yüksəlməsinə baxmayraq Azərbaycan Mərkəzi Bankı qızılın qiymətini daha az artırıb. Hətta, əvvəlki günlərlə müqayisədə qızlın qiymətində enmələr müşahidə edilib. Fevral ayının 24-də Mərkəzi Bank bir unsiya qızlın qiymətini 4 999,4 manata kimi yüksəltsə də, sonrakı tarixlərdə qiymətləri aşağı salıb.

Elnur Əli
Seçilən
6
2
yeniavaz.com

5Mənbələr