AZ

Xocasən, Sulutəpə, Puta, Korgöz sakinlərinə şad xəbər: kanalizasiya xətti ÇƏKİLƏCƏK

Bakı şəhəri Binəqədi rayonunun Xocasən, Sulutəpə və 28 May qəsəbələrinə kanalizasiya xəttinin çəkilməsi planlaşdırılır.

Modern.az xəvər verir ki, Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı” publik hüquqi şəxsin sifarişi ilə Binəqədi rayonunun kənd və qəsəbələrinin su təminatı, tullantı sularının mərkəzləşdirilmiş qaydada kənarlaşdırılması məqsədilə müvafiuq layihə sənədləri hazırlanıb.

Binəqədi rayonunun Xocasən, Sulutəpə və 28 May qəsəbələrində mərkəzləşdirilmiş kanalizasiya sisteminin yaradılması məqsədilə işlərin icrası dövlət investisiya proqramına daxil edilməklə mərhələlərlə həyata keçirləcək.
 

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı” publik hüquqi şəxsin sifarişi ilə Qaradağ rayonunun da kənd və qəsəbələrinin su təminatı, tullantı sularının mərkəzləşdirilmiş qaydada kənarlaşdırılması məqsədilə müvafiuq layihə sənədləri hazırlanıb. Belə ki, Qaradağın Lökbatan, Puta və Korgöz qəsəbələrində mərkəzləşdirilmiş kanalizasiya sisteminin yaradılması məqsədilə işlərin icrası dövlət investisiya proqramına daxil edilməklə mərhələlərlə həyata keçirləcək.
 

Seçilən
5
1
modern.az

2Mənbələr