"Real" Çempionlar Liqası tarixinə düşən daha bir rekorda imza atıb.
Publika.az xəbər verir ki, bu, Madrid klubunun turnin 1/8 finalında "Atletiko"nu penaltilər seriyasında məğlub etməsindən sonra (0:1, 4:2 pen.) müəyyənləşib. Beləliklə, “qalaktikos” əsas avrokubok turniri tarixində penaltilər seriyasında rekord sayda qələbə qazanıblar. Bu barədə "Squawka" statistik portalı məlumat yayıb.
Bildirilir ki, qarşıdurma penaltilər seriyasına keçdikdən sonra "kral klubu" dörd qələbə qazanıb. Çempionlar Liqası və Avropa Çempionlar Kuboku tarixində heç kimdə belə statistika yoxdur.
Qeyd edək ki, "Real" 1/4 finalda "Arsenal"la qarşılaşacaq. İlk oyun aprelin 8-də Londonda keçiriləcək. Cavab oyunu aprelin 16-da Madriddə baş tutacaq.