AZ

Albaniya Prezidenti: Azərbaycanla uzun müddətli dostluq qarşılıqlı əməkdaşlıqda əksini tapır

Albaniya hesab edir ki, əməkdaşlıq və sülh vacibdir.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumunun açılış mərasimində Albaniya Respublikasının Prezidenti Bayram Beqay bildirib.

Albaniya Prezidenti qeyd edib ki, Azərbaycanla uzun müddətli dostluq qarşılıqlı əməkdaşlıqda əksini tapır: “Biz tərəfdaşlarımızla birgə gələcəyimizi qura bilərik. Bu Forum da müzakirə üçün çox yaxşı platformadır”.

Seçilən
8
2
apa.az

3Mənbələr