AZ

Təyyarəyə cibində canlı tısbağa keçirməyə çalışan şəxs saxlanılıb

Təyyarəyə cibində canlı tısbağa keçirməyə çalışan şəxs saxlanılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə ABŞ-ın Nyu-Cersi ştatında baş verib.

Pensilvaniyada yaşayan və adı açıqlanmayan sərnişin "Newark Liberty" Beynəlxalq Hava Limanında təhlükəsizlik yoxlamasından keçərkən bədən skaneri qasıq nahiyəsində anormallıq aşkar edib: "Bu səbəbdən o, əyani yoxlama otağına aparılıb.  Yoxlama zamanı onun şalvarında kiçik mavi dəsmala bükülmüş təxminən 13 santimetr uzunluğundakı tısbağanı tapılıb".

Məlumata görə, bu tısbağa məşhur olan qırmızı yanaqlı tısbağa növünə aid olduğundan sərnişin saxlanılıb: "Tısbağa isə müsadirə edilib".

Hava limanının mühafizə üzrə direktoru Tomas Carter bildirib ki, indiyə qədər sərnişinlərin üzərindən şox şeylər tapıblar: "Ancaq ilk dəfə sərnişinin şalvarının iç tərəfinə tikddirdiyi cibdən canlı tısbağa aşkarladıq"

Lamiyə Əhmədli

MİA.AZ

Seçilən
4
mia.az

1Mənbələr