Donald Tramp 30 kq arıqlamaq üçün fast food yemək vərdişində dəyişiklik edib – burger yeyərkən çörəyindən imtina edib.
QHT.az xəbər verir ki, 78 yaşlı Tramp McDonald's-ın Quarter Pounder burgerlərini, bifşteksləri və Oreo peçenyelərini sevsə də, prezidentlik kampaniyası zamanı 13 kq çəki itirib. Onun arıqlaması Ozempic və Wegovy kimi dərmanlardan istifadə etməsi ilə bağlı şayiələrə səbəb olsa da, Tramp yeməyə az vaxt ayırdığını bildirib.
Bundan əlavə, həyat yoldaşı Melaniya Tramp da ona daha sağlam qidalanmağa kömək edib. Fast food həvəskarı olmasına baxmayaraq, Tramp siqaret çəkmir və alkoqol qəbul etmir.
Pərvanə Fərhadqızı