Bakı. Trend:
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin ilk 2ayında Azərbaycanda 10 milyard 700 milyon manatlıq sənaye məhsuluistehsal olunub. Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1.9 faizazalma deməkdir.
Trend xəbər verir ki, bunu Milli Məclisindeputatı Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, istehsalda azalmanın əsas səbəbi neft-qazsektorunda hasilatın aşağı düşməsidir: "Belə ki, bu ilin ilk 2ayında neft-qaz sektorunda sənaye istehsalı 3,2 faiz azalıb, qeyrineft-qaz sektorunda isə 6,7 faiz artıb. Digər tərəfdən, həminmüddətdə əmtəəlik neft hasilatı 6,2 faiz azalıb, əmtəəlik qazhasilatı isə 0,1 fazi artlb.
Sənaye məhsulunun 60,9 faizi mədənçıxarma, 31,8 faizi emal, 6,4faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi vətəchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsivə emalı sektorunda istehsal olunub. Sənayenin strukturundamədənçıxarma sektorunun payı çox olduğu üçün neft-qaz istehsalınınazalması ümumi sənaye məhsulunun həcmini də azaldıb".
"2025-ci ilin ilk 2 ayında sənayedə azalmanın qeydə alınmasınarəğmən bu sektorda artımın sonrakı aylarda bərpa ediləcəyigözlənir. Neft-qaz sənayesindəki azalma həmçinin mövsümi faktorlarilə bağlıdır. Bu baxımdan, 2025-ci il üçün sənayedəproqnozlaşdırılan artım tempinə illik yekunda nail olunacağıgözlənilir", - deyə V. Bayramov qeyd edib