2025-ci il fevralın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 475.1 milyon manat təşkil edib. Bu göstərici cari il yanvarın 1-i ilə müqayisədə 5.8% və ya 26 milyon manat çoxdur.
Ölkədə problemli kreditlərin məbləği son 1 ildə isə 4.6% və ya 21 milyon manat artıb.
Mövzu ilə bağlı "Yeni Sabah"a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, problemli kreditlərin həcmi hələlik təhlükəli həddə deyil:
“Beynəlxalq praktikaya görə, problemli kreditlər ümumi kredit portfelinin 3 faizini keçəndə təhlükəli sayılır. Azərbaycanda bu göstərici 1.8-1.9 faiz civarındadır. Amma problemli kreditlərin həcmi mütəmadi olaraq artır. Əsas təhlükə bu tendensiyadır. Yəni hər il demək olar ki, addım-addım, aybaay problemli kreditlər artır. Bunun da bir çox səbəbi var. Ən böyük səbəb kredit faizlərinin, xüsusən də istehlak kreditlərindəki faizlərin həddən artıq yüksək olmasıdır. Bu, vətəndaşların üzərinə əlavə yükdür”.
Nazim Hacıyev
Telegram kanalımız