AZ

Azərbaycan neftinin qiyməti 74 dolları ötüb

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,1 ABŞ dolları və ya 1,51% artaraq 74,02 dollar/barel təşkil edib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,05 dollar və ya 1,46% bahalaşaraq 72,74 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,08 dollar və ya 1,93% artaraq 56,88 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 1,08 dollar və ya 1,52% bahalaşaraq 72,23 dollar/barel təşkil edib.

Martın 13-nə olan rəsmi məzənnə 1,7 AZN/1USD təşkil edir.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Seçilən
0
27
kommersant.az

10Mənbələr