AZ

Nodar Şaşıqoğlunun doğum günüdür

Bu gün Azərbaycan və Rusiyanın Xalq artisti Nodar Şaşıqoğlunun doğum günüdür. Onun anadan olmasından 98 il ötür.

Nodar İzzətoviç Şaşıqoğlu 1927-ci il martın 13-də Batumidə doğulub. Babası Acarıstanda tanınmış zadəganlardan olub. Atası çar zabiti. Əmisi, aktyor Ülvi Rəcəb isə 1937-ci ildə repressiyaya məruz qalıb.

Əsli acarıstanlı olsa da, Tblisidə yaşayıb. Orada orta məktəbi, daha sonra Şukin adına Teatr İnstitutunu bitirib. Cəmi bir il Vaxtanqov adına teatrda işləyib. 5–6 il Taqanka Teatrında çalışıb.

İlk rolu "Mosfilm"də Albaniya dövlətçiliyinin əsasını qoyan Georgi İsgəndərbəyov haqqında çəkilən filmdə olub. Orada türk imperiyasının əsasını qoyan Mehmet bəy Fatehi canlandırıb.

Sonra Sergey Paracanovun ilk rejissor işi olan "Andrieş" filmində baş rolu oynayıb. Bu filmdən sonra "Odessa" kinostudiyasında çalışıb.Rejissor Rəşid Atamalıbəyov (O, "Uzaq sahillərdə" filminin ikinci rejissoru olub) "Uzaq sahillərdə" filminin çəkilişlərinə gəlib.

Aktyoru bəyənərək filmdə çəkib.

Nodar Şaşıqoğlu teatr səhnələrində Don Quan (A.S. Puşkin "Kiçik tragediyalar"), Sirano (E. Rostan "Sirano de Bercerak"), Kreont (Q. Qauptman "Antiqo-solntsa"), kinoda Zakir "Telefonçu qız", Rakov "Beş künc" , Məcnun "Leyli və Məcnun", Mixaylo "Uzaq sahillərdə" kimi obrazları yaradıb.

2003-cü ildən S. Vurğun adına Rus Dram teatrına qayıdıb və səhnədə Sorin (A.P. Çexov "Qağayı"), Kral Lir (U. Şekspir "Kral Lir") obrazları parlaq ifa edib.

Nodar Şaşıqoğlu 2007-ci il martın 12-də "Şöhrət" ordeni ilə təltif edilib.

"Uzaq sahillərdə"nin "Mixaylo"su 2013-cü il aprelin 12-də 86 yaşında Bakıda vəfat edib.

Seçilən
2
far.az

1Mənbələr