Ermənistanın Tavuş rayonunun Ayqehovit(Uzuntala) kəndi yaxınlığında - Azərbaycanla sərhəd bölgəsində yanğın baş verib.
Far.Az Modern.az-a istinadən xəbər verir ki, erməni KİV-lər bu barədə məlumat yayıb. Yanğın nəticəsində iki nəfər yaralanıb.
Yanğınsöndürənlər hadisə yerinə çatana qədər üzüm bağları və kolluqlar yanıb.
Daha sonra yanğının qarşısını almaq mümkün olub.