Prezident Donald Tramp 30 kilo arıqlayıb, amma eyni zamanda sevimli “fast food”dan əl çəkmir.
“Cebheinfo.az” xəbər verir ki, “Fox News”-un aparıcısı Şon Hanniti səhiyyə və insan xidmətləri katibi Robert F. Kennedi ilə müsahibə zamanı prezidentin pəhriz hiyləsini öyrənib.
Hanniti "Prezident burger yeyirsə, adətən çörəyi yemir",-deyib.
78 yaşlı Tramp “McDonald's” hamburgerlərinin, xüsusən də “Quarter Pounder”-ın pərəstişkarıdır. O, həmçinin yaxşı hazırlanmış bifştekslərdən, “Oreo” peçenyelərindən həzz alır və gündə onlarla “Diet Cokes” içir.
Lakin o, ötən il prezidentlik kampaniyasının qızğın vaxtında 13 kq arıqlamağı bacarıb.
Tramp “McDonald”s-a olan sevgisini gizlətmir. O, hətta prezidentlik kampaniyası zamanı Pensilvaniya ştatında onlardan birində işləyib, sifarişlər alıb və kartof qızartması verib.
Onun arıqlaması “Ozempic” və ya “Wegovy” kimi arıqlama dərmanları qəbul etməsi ilə bağlı şayiələrə səbəb olub. Tramp bildirib ki, o, öz üzərində işləyir və o qədər məşğuldur ki, yeməyə vaxtı yoxdur.
“O qədər məşğul idim ki, çox yeyə bilmədim. Mən sizin kimi, yəni adam kimi oturub yemək yeyə bilmirəm.Bu mənim üçün bir az daha çətindir",-deyə Tramp bildirib.
Melaniya Tramp da prezidentə arıqlamaqda kömək edib. Sağlam qidalanan və alkoqoldan qaçan birinci xanım ərinə daha yaxşı yeməyə və evdə hazırlanmış tortlar, pudinqlər və piroqların daxil olduğu desert bufetindən yayınmağa kömək edib.
“Fast food” sevsə də, Tramp siqaret çəkmir və içki içmir.