Xocalı rayonunun Əsgəran qəsəbəsi ərazisində yol qəzası qeydə alınıb.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, “Körpü Bina Tikinti” MMC-yə məxsus “Shacman” markalı yük maşını idarəetməni itirərək yol kənarındakı beton dirəyə çırpılıb.
Qəza nəticəsində sürücü xəsarətlər alıb, avtomobil yararsız hala düşüb.
O, Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.