1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Rusiya Ukrayna münaqişəsinin həlli ilə bağlı düşünülmüş variantlar üzərində işləyir".
Oxu.Az-ın xəbərinə görə, bu sözləri Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov "The Washington Post" nəşrinə müsahibəsində deyib.
"Biz daha mürəkkəb variantlar üzərində işləyirik", - deyə o bildirib.
Dmitri Peskov bu sözlərlə Rusiya Federal Təhlükəsizlik Xidmətinə yaxın Moskva analitik mərkəzinin hazırladığı və Avropa kəşfiyyatının əlinə keçdiyi iddia edilən sənədi şərh edib. Sənəddə Rusiyanın Ukraynadakı münaqişənin 2026-cı ilə qədər həlli imkanlarını və ABŞ Prezidenti Donald Tramp Administrasiyasının təklif etdiyi sülh sazişi variantlarını geri çevirdiyi iddia olunur.
Kremlin rəsmi nümayəndəsi, həmçinin Moskvanın "bu cür tövsiyələrdən" xəbərdar olmadığını da vurğulayıb.