"Ayaz Salayevi çox yaxşı başa düşürəm, adamın rus dilindən başqa heç nəyi yoxdur.
Ciddi film: YoxCiddi ssenari: YoxCiddi bir dərslik kitabı: YoxMüasir kino haqda bilgiləri: Yox".Bakupost.az xəbər verir ki, bu sözləri tanınmış yazıçı Şərif Ağayar deyib. Onun fikrincə, Ayaz Salayev bekar olduğu üçün boş-boş, xalqı qıcıqlandıran açıqlamalar verir:"Camaatın inqilab elədiyi yaşda apardığı verilişin də adı "Retro" idi. İndiyə retro qalar, manıs? Netflix əsrindəyik e... Əlində ortabab bir planşet gir internetə hər saat üçün ayrıca bir "Retro" verilişi tap. Həm də sovet efirindən qat-qat üstün, qat-qat keyfiyyətli, qat-qat azad, qat-qat səmimi...Filmlər haqqında nəinki sənədli, hətta bədii filmlər çəkilir.Ən dəhşətlisi, Ayaz müəllimin Kino Təəssübkeşliyi, Səmimi Sənət Sevgisi də yoxdur ki, ona sığınıb təskinlik tapsın. O, Andrey Tarkovski, Pozalini, Paracanov kimi fədakar şəxsiyyətlər yetirən kino sənəti ilə ləyaqətli münasibətini Əli Həsənovun fitvası ilə Rüstəm İbrahimbəyovdan 30-cu illər donosu yazanda itirdi.İndi o yalnız iki şey bacarır: yaxşı yemək yemək və boş-boş danışmaq...Xülasə, rus dilini, rus dili mövzusunu Ayaz Salayevin əlindən al, iynə dəymiş şar kimi partalayacaq və yerdə yaxşı qoxu gəlməyən havadan başqa heç nə qalmayacaq". Qeyd edək ki, Azərbaycanın əməkdar incəsənət xadimi Ayaz Salayev bir neçə mətbuat orqanına müsahibələri zamanı rus dilinin əhəmiyyətindən danışıb, dövlət hesabına rusdilli məktəblərin saxlanılmasının vacibliyini dilə gətirib. Üstəlik, rus dili bilmıyənlərin savadsız olduğunu, həmin şəxlərin kəndə qayıtmalarının lazımlığını bildirib. Bu isə kəskin reaksiyalara səbəb olub. Sosial şəbəkələrdə ona qarşı ciddi etiraz kampaniyaları başlayıb.