AZ

"Real Madrid" Çempionlar Liqasında rekorda imza atıb

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Atletiko”ya məğlub olan “Real Madrid” (0:1), penaltilər seriyasından sonra turnirin növbəti mərhələsinə yüksəlib – 4:2.

90deqiqe.Az-ın "Squawka"ya istinadən verdiyi xəbərə görə, “qaymaqlılar” bu turnirdə unikal nailiyyət əldə ediblər. “Kral” klubu Çempionlar Liqasında penaltilər seriyasında rekord sayda qələbə qazanıb.

"Real Madrid" daha əvvəl heç bir klubun əldə etmədiyi nəticəni əldə edərək, dörd dəfə penaltilər seriyasında qalib gəlib.

Çempionlar Liqasının 1/4 finalında Karlo Ançelottinin yetirmələri “Arsenal” komandası ilə gücünü ölçəcək. Görüşlər gələn ay baş tutacaq.

Seçilən
2
90deqiqe.az

1Mənbələr