AZ

Erasmus+ bağlanır?

“Hər gördüyümüz xəbərə inanmamalıyıq. Erasmus+ proqramları çərçivəsində tələbə və müəllimlərin mübadilələri, həmçinin ali təhsildə potensialın gücləndirilməsi layihələri qeyri-rəsmi şəkildə dayandırılıb”. 

Ölkə.az xəbər verir ki, bunu beynəlxalq layihələr üzrə bələdçi Jalə Ələkbərova deyib.

Onun sözlərinə görə, Erasmus+ gənclik layihələri, yəni 5-10 günlük təlimlər, həmçinin Avropada 1 ilə kimi yaşamaq imkanı verən Avropa həmrəylik korpusu olduğu kimi davam edir:

“Rahatlıqla bu layihələrə müraciət etmək olar. Eyni zamanda Erasmus Mundus təqaüd proqramında heç bir dəyişim yoxdur. Tələbələr onunla yenə də Avropada təqaüdlü magistr təhsili ala bilərlər".

Xatırladaq ki, bir neçə gün öncə Erasmus+ proqramlarının tamamilə bağlanması ilə bağlı xəbərlər yayılmışdı.

Həmidə İbrahimova

Seçilən
8
olke.az

1Mənbələr