AZ

Pentaqon hərbçilərin fiziki hazırlığı və görünüş standartlarını yoxlayacaq

ABŞ Müdafiə Nazirliyi saqqal qaydaları da daxil olmaqla, fiziki hazırlıq və xarici görünüş standartlarını hərtərəfli nəzərdən keçirəcək.

Herbiand.az xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Pit Heqset bildirib.

“Biz hərbçilərimizə Amerika xalqını və vətənimizi dünyanın ən öldürücü və effektiv döyüş qüvvəsi kimi müdafiə etməyə imkan verən standartları qorumaqda ayıq qalmalıyıq”, - Pentaqon rəhbəri deyib.

Pit Heqset əlavə edib ki, təhlil son illərdə tələblərin necə dəyişdiyini və onların cari çağırışlara cavab verib-vermədiyini qiymətləndirməyə imkan verəcək.

Yoxlanış ABŞ silahlı qüvvələrinin bütün birliklərini əhatə edəcək və nəticələri gələcək hərbi xidmət standartlarına təsir edəcək.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
3
herbiand.az

1Mənbələr