Avropa Parlamentinin martın 12-də keçirilən plenar iclasında Azərbaycana qarşı qətnamə təcili müzakirəyə çıxarılıb.
“Cebheinfo.az”-ın məlumatına görə, qətnaməni Ermənistan üzrə daimi məruzəçi və qətnamənin həmmüəlliflərindən biri Miriam Leksman təqdim edib.
Təklif olunan qətnamənin həmmüəllifi, erməni məsələləri üzrə həmməruzəçi Natali Loiseau da iclasda çıxış edib.
Aİ-nin Ali Nümayəndəsi Kaja Kallas iclasda iştirak etməyib.
Müzakirənin sonunda Avropa komissarı Dan Yorgensen çıxış edib. O qeyd edib ki, Aİ tərəfləri artıq əldə edilmiş tərəqqiyə əsaslanmağa və münasibətlərin tam normallaşmasına doğru irəliləməyə davam edəcək.
“Avropa İttifaqı əlimizdə olan bütün vasitələrdən istifadə edərək bu prosesi dəstəkləməyə davam edəcək. Biz uzunmüddətli və sabit sülhün bərqərar edilməsinə yönəlmiş dialoqda tərəfləri dəstəkləməyə hazırıq”, - Dan Yorgensen yekunlaşdırıb.
Bədnam qətnamə bu gün səsə qoyulacaq.