ABŞ prezidenti Donald Trampın yalnış ticarət siyasəti Amerika iqtisadiyyatını tənəzzülə sürükləyə bilər.
Publika.az xəbər verir ki, bu proqnozu Amerika Levi İnstitutunun tədqiqatçısı Marşall Auerbek verib.
Onun sözlərinə görə, Trampın azğın siyasəti ABŞ-da inflyasiyanın artmasına səbəb olacaq.
Dünyanın ən böyük iqtisadiyyatı ABŞ-da Kanada, Meksika və Çin də daxil olmaqla bir sıra ölkələrdən idxala tariflərin artması səbəbindən orta müddətli dövrdə daha yüksək qiymətlərlə üzləşmək riski daşıyır.
Ekspert qeyd edib ki, bu vəziyyətdə Federal Ehtiyatlar Sisteminin (FRS) rəhbərliyi əsas məzənnəni uzun müddət yüksək səviyyədə saxlamalı olacaq: "Gələcək tənəzzülün səbəbləri Donald Trampın iyrənc iqtisadi siyasəti, xüsusən də tariflərlə bağlıdır".