AZ

Tacikistan və Qırğızıstan hava əlaqələrini bərpa edir

Tacikistan və Qırğızıstan hava əlaqələrini bərpa edir.

Bunu Bişkekdə iki günlük səfərdə olan Tacikistan prezidenti Emoməli Rahmon bildirib.

O bəyan edib ki, sabah Düşənbə-Bişkek və Bişkek-Xücənd reyslərinin açılışı olacaq.

?Biz iki sərhəd-buraxılış məntəqəsinin açılış mərasimini onlayn rejimdə keçirdik. Qarşıdakı dövrdə iki ölkənin bu sahədəki iqtisadi potensialından səmərəli istifadə etməklə ticari-iqtisadi əməkdaşlığın keyfiyyətli inkişafı üçün zəruri tədbirlər görüləcək?, ? S.Japarov bildirib.

Bundan əlavə, iki ölkənin Xarici İşlər Nazirlikləri arasında su-enerji infrastrukturu və yol-nəqliyyat infrastrukturu üzrə iki saziş imzalanıb.

Seçilən
2
1
banker.az

2Mənbələr