Bakı. Trend:
Azərbaycanın milli aviadaşıyıcısı AZAL xidmət keyfiyyətini dahada artırmaq məqsədilə yeni onlayn xidmətlər təqdim etməyə davamedir. “GetTransfer”, “Airalo” və “Booking” platformaları iləəməkdaşlıq çərçivəsində aviaşirkət müştərilərinə əlavə imkanlaryaradır.
AZAL sərnişinlərinə təqdim olunan yeniliklərdən biri “GetTransfer” platformasıdır.Bu xidmət vasitəsilə sərnişinlər səfər etdikləri ölkədən asılıolmayaraq hava limanından transferi öncədən sifariş edə bilərlər.Bu, səyahət rahatlığını artırmağa və vaxt itkisini minimumaendirməyə imkan verir.
Bundan əlavə, aviaşirkət “Airalo”platformasının eSIM xidmətini də istifadəyə təqdim edir. Bu yeniliksərnişinlərə fiziki SIM-karta ehtiyac olmadan dünyanın istənilənyerində əlaqədə olmağa imkan yaradır. Beləliklə, yüksək rouminqxərclərindən azad olaraq yerli mobil operator axtarmaq zərurətiaradan qalxır.
AZAL həmçinin “Booking”platforması ilə əməkdaşlıq çərçivəsində sərnişinlərə hotelrezervasiyası xidmətini təklif edir. Bu yenilik sayəsindəsərnişinlər yalnız uçuş biletlərini deyil, eyni zamanda səyahətmüddətində qalacaq məkanlarını da əvvəlcədən planlaşdırabilərlər.
Qeyd edək ki, AZAL-ın rəsmi www.azal.az saytında və mobil tətbiqindədə yer almış xüsusi keçidlər vasitəsilə sözügedən xidmətlərdənfaydalanan sərnişinlər üçün özəl kampaniyalar və endirimlər nəzərdətutulub.