AZ

Kreml ABŞ-yə atəşkəs tələblərinin siyahısını verib -"Reuters"

Vaşinqtonun 30 günlük atəşkəs təklifindən sonra Rusiya ABŞ-yə Ukraynada potensial atəşkəs razılaşması üçün “tələblər siyahısı” göndərib. Bu barədə “Reuters” məlumat yayıb. Nəşr mənbələrinə istinad edib. 


“Mövcud vəziyyətlə yaxından tanış olan iki mənbə bildirib ki, Rusiya Vaşinqtona Ukraynada müharibəni dayandırmaq və ABŞ-la münasibətləri bərpa etmək üçün xüsusi razılaşma tələblərinin siyahısını təqdim edib”, - agentliyin məqaləsində qeyd edilib.


"Reuters" yazıb ki, konkret tələblər hələlik açıqlanmayıb. Rusiyanın Kiyevlə sülh danışıqlarını qəbul etməyə hazır olub-olmadığı da məlum deyil.

Agentliyin mənbələrinin bildirdiyinə görə, tələblər Moskvanın əvvəlki şərtlərinin, o cümlədən Ukraynanın NATO-ya üzvlüyündən imtina etməsi, Rusiyaya birləşmiş ərazilərin tanınması və Ukraynaya xarici qoşunların yerləşdirilməməsinə dair şərtlərin analoqudur.

Xatırladaq ki, martın 11-i Səudiyyə Ərəbistanında baş tutan danışıqlardan sonra Kiyev Vaşinqtonun 30 günlük atəşkəs təklifini qəbul etməyə hazır olduğunu bəyan edib. Öz növbəsində ABŞ prezidenti Donald Tramp da buna cavab olaraq müəyyən jestlər edib. O, Ukrayna Silahlı Qüvvələrinə silah tədarükünə və kəşfiyyat məlumatlarının ötürülməsinə qoyduğu qadağanı ləğv edib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.



Tural

Seçilən
1
news365.az

1Mənbələr