AZ

Apellyasiya məhkəməsi "Laser Beauty Klinika" ilə bağlı qərar verib

Apellyasiya məhkəməsi "Laser Beauty Klinika" ilə bağlı qərar verib.

APA xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində klinikanın cərimələnməsi ilə bağlı birinci instansiya məhkəməsinin qərarından şikayətinə baxılıb.

Məhkəmə şikayəti təmin etməyib və qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin "Laser Beauty Klinika" barədə tərtib etdiyi inzibati protokol əsasında Yasamal rayon Məhkəməsi fevralın 19-da klinikanı 6000 manat cərimə edib.

Klinika qərardan Apellyasiya Məhkəməsinə şikayət edib.

Seçilən
2
1
apa.az

2Mənbələr