Bakı. Trend:
Biz dörd il ərzində Qoşulmama Hərəkatında sədrlik etdik,təşkilatda 120 ölkə var. Biz COVID dövründə müxtəlif vəziyyətlərdəüzv dövlətlərə dəstək verirdik. Humanitar və maliyyə yardımınagəldikdə, 80-dən artıq ölkəyə kömək etdik.
Trend xəbər verir ki, bufikirləri Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılışmərasimindəki çıxışında söyləyib.
Dövlətimizin başçısı qeyd edib: “Eyni zamanda biz Avropadakıtərəfdaşlar ilə fəal əlaqələri saxlayırdıq. Bütün bunlar bir növQlobal Cənub ilə Qlobal Şimal arasında körpülərin salınmasınabənzəyirdi”.