Polşanın Baş naziri Donald Tuskun Türkiyəyə səfəri başlayıb.
Ölkə.Az xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan Polşanın Baş naziri Donald Tusku rəsmi mərasimlə qarşılayıb.
O, Ankarada Prezident Administrasiyası binası girişində qarşıladığı Tuskla bir müddət söhbət edib.
Səhhətində yaranan problem səbəbindən sol ayağına karset bağlayan Tusk pilləkənləri çıxarkən Ərdoğan onun qolundan tutaraq çıxmasına yardımçı olub.
Daha sonra ikitərəfli görüş keçirən Ərdoğan və Tusku xarici işlər naziri Hakan Fidan və maliyyə naziri Mehmet Şimşək müşayiət edib.
Mürtəza
Ölkə.Az