AZ

Azərbaycan millisinə Haiti və Belarusla oyunlar üçün 25 futbolçu dəvət edilib

Bakı, 13 mart, AZƏRTAC

Azərbaycan milli komandasının martın 22-də Haiti və 25-də Belarus yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunları üçün heyəti müəyyənləşib.

AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Fernandu Santuş mətbuat konfransında komandaya çağırdığı futbolçuların adlarını açıqlayıb.

Portuqaliyalı mütəxəssis martın 17-dən təlim-məşq toplanışına başlayacaq heyətə 25 oyunçu dəvət edib.

 

 

Seçilən
3
azertag.az

1Mənbələr