AZ

Qırğızıstan ilə Tacikistan mübahisəli ərazilərlər bağlı tarixi qərar verdilər - Sərhədlər...

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Qırğızıstan ilə Tacikistan arasında müqavilə imzalanıb. İki ölkə arasında quru və hava sərhədlərinin açılması qərara alınıb.

Demək olar ki, 23 il davam edən müzakirələrdən sonra, Bişkek şəhərində keçirilən təntənəli mərasimdə Qırğızıstan Prezidenti Sadır Japarov ilə Tacikistan Prezidenti İmomali Rahmon dövlət sərhədi barəsində razılaşma imzalayıblar.

Rahmon ilə Japarov videoəlaqə vasitəsi ilə ümumi dövlət sərhədinin keçid məntəqələrinin açılışını ediblər. 

Sərhəd 2021-ci ildə iki ölkə arasındakı mübahisəli ərazilərdə əhali arasında bir sıra ciddi münaqişələr baş verdikdən sonra səhrəd bağlanmışdı.

Ölkələr 2021-ci ildə dayandırılmış aviauçuşları da bərpa edəcəklər.

Hürr Tərcüman

Seçilən
0
hurriyyet.az

1Mənbələr