“Azərbaycanla sülh müqaviləsinin mətnində bəzi məsələlər müzakirə olunur. Əgər onlar razılaşdırılarsa, sənəd imzalandıqdan və qüvvəyə mindikdən sonra tətbiq ediləcək” . Tribunainfo.az xəbər verir ki, bunu Ermənistanın XİN başçısı Ararat Mirzoyan deyib.
Onun sözlərinə görə, bunlar sərhəddə üçüncü qüvvələrin olmasını istisna etmək , beynəlxalq təşkilatlarda bir birilərinə qarşı tələblərin geri götürülməsidir.
Erməni nazir deyib ki, yaxın gələcəkdə tərəflər sənədin imzalanması və ratifikasiyası ilə bağlı yanaşmaları və bütün məsələləri müzakirə etmək imkanı əldə edəcək.
Mirzoyan dolayısı ilə bildirib ki, Azərbaycan tərəfi ilə yaxın vaxtlarda görüş keçiriləcək.