AZ

Sovet domeni “.su” 2030-cu ilə qədər ləğv ediləcək


ICANN Beynəlxalq qeyri-kommersiya təşkilatı 2030-cu ilə qədər keçmiş Sovet İttifaqını təmsil edən .su domenini mərhələli şəkildə ləğv etməyi planlaşdırdığını rəsmən elan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat verilib.
Məlumata görə, bu günə qədər .su məkanında 100 minə yaxın domen adı qeydiyyatdan keçib və o, hələ də yeni qeydiyyatlar üçün əlçatandır.
Bununla belə, 2022-ci ildə təsdiq edilmiş ICANN siyasəti ISO 3166-1 standartından kənarda qalan ölkələrə aid domenlərin istismardan çıxarılmasını nəzərdə tutur.
Bu proses adətən beş il çəkir və Milli Adlara Dəstək Təşkilatı ilə (ccNSO) razılaşmaya əsasən daha beş il uzadıla bilər.
Qeyd edək ki, 1992-ci ildə ISO 3166-1 standartından çıxarılan .su domeni əvvəllər dəqiq siyasətin olmaması səbəbindən aktiv olaraq qalırdı. Yeni strategiyanın təsdiqindən sonra ICANN domenin mərhələli şəkildə ləğvini həyata keçirməyə başladı.
Seçilən
8
1
yeniavaz.com

2Mənbələr