Bakı. Trend:
Lider mobil operator Beynəlxalq Qadınlar Gününə həsr olunmuşədəbi görüş keçirdi.
Azercell-in cəmiyyətdə mütaliə mədəniyyətinin təşviqi məqsədiləhəyata keçirdiyi "Kitab Klubu" layihəsi çərçivəsində növbəti görüşbaş tutdu. Beynəlxalq Qadınlar Günü ərəfəsində təşkil olunan tədbir4 saylı cəzaçəkmə müəssisəsi və Qadın Qaynar Xətti ilə birgəəməkdaşlıq çərçivəsində keçirildi. Görüşdə mütaliə və ədəbiyyatıncəmiyyətin mənəvi və mədəni inkişafına, həmçinin sosialinteqrasiyaya təsiri müzakirə olundu.
Tədbirin qonağı tanınmış aktyor, rejissor, ssenari müəllifiƏlixan Rəcəbov Azərbaycan ədəbiyyatında qadın obrazlarının inkişafıbarədə danışdı. Əlixan klassik və müasir ədəbiyyatda qadınlarınrolu, eləcə də kitabların ekranlaşdırılmasının ədəbiyyatın genişauditoriyaya çatdırılmasında oynadığı mühüm rol barədə fikirlərinibölüşdü.
Görüş zamanı iştirakçılar seçdikləri şeir və ədəbi nümunələrisəsləndirdilər, ədəbiyyat barədə düşüncələrini bölüşdülər.