Şirvan şəhərində polis əməkdaşları eyni zamanda iki uğurlu əməliyyat həyata keçiriblər.
“Heftelik.az” “Apa TV”yə istinadən məlumat verir ki, Şirvan şəhərində oğurluq və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan iki ayrı qrup şəxs saxlanılıb.
Belə ki, Şirvan polis idarəsinə şəhər ərazisində yerləşən obyektlərin birindən ümumi dəyəri beş min manat məbləğində metal avadanlıqların oğurlanması barədə məlumat daxil olub. Aparılan əməliyyat axtarışları nəticəsində hədisəni törətməkdə təqsirli bilinən Daşqın Mütəllimov, İsmayıl Gözəlov və Əfqan Abbasov saxlanılaraq polis bölməsinə gətirilib. Həmçinin məlum olub ki, İsmayıl Gözəlov eyni zamanda təsərrüfatların birindən iki baş xırda buynuzlu heyvan oğurlayıb.
Bununla yanaşı, şəhər polis əməkdaşlarının keçirdiyi əməliyyat axtarışları nəticəsində narkotik maddələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olan Ramil Zeynalov, Azad Həsənov, Sahib Nuraliyev, Mirabbas Səfərov və Elcan Əmirov saxlanılıb. Onların üzərindən müxtəlif çəkidə narkotik vasitə və psixatrop maddə aşkarlanaraq götürülüb.
Faktla başlı araşdırmalar davam etdirilir.
Müəllif: Türkan_zadə