AZ

Qlobal Bakı Forumu dünyada ən qabaqcıl platformalardan birinə çevrilib - Qordana Silyanovska-Davkova

Bakı. Trend:

Son illər Qlobal Bakı Forumu dünyada ən qabaqcıl platformalardanbirinə çevrilib.

Trend xəbərverir ki, bunu bu gün Şimali Makedoniya Respublikasının PrezidentiQordana Silyanovska-Davkova XII Qlobal Bakı Forumunun açılışmərasimindəki çıxışında bildirib.

"Burada bir neçə nəsilin liderləri müdrik, dərin fikirlərini,ideyalarını paylaşdığı yerdir. Bu beynəlxalq və regional məsələlərətrafında qurulan bir forumdur. Bu məsələlər 2025-ci ildə xüsusiləəhəmiyyətlidir, çünki bu ili hamı keçid ili kimi görür,dəyişikliklər ili kimi görür. Hazırda dünya çox fərqli bir məkanaçevrilir. Çoxtərəflilik qütbləşməyə yol açır, birgə təhlüksizliksistemini sarsıdır", - o bildirib.

Onun sözlərinə görə, qarşıda olan çağırışların birgə öhdəsindəngəlmək lazımdır.

"Düşünürəm ki, bu il Qlobal Bakı Forumunda çox önəmli məsələlərmüzakirə ediləcək, burada iştirak etmək mənim üçün böyük şərəfdir.Səmimi qəlbdən inanıram ki, Qlobal Bakı Forumu fikir mübadiləsiüçün gözəl məkan olacaq", - o bildirib.

Seçilən
0
2
az.trend.az

3Mənbələr