AZ

Rusiya Kurskda yekun əməliyyata başlayıb

Rusiyanın "Şimal" qoşun qruplaşmasının komandanlığı Kursk vilayətinin ərazisinin Ukrayna Silahlı Qüvvələrindən azad edilməsi əməliyyatının yekun mərhələsinə qədəm qoyması barədə Rusiya Prezidenti Vladimir Putinə məruzə edib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Putin Kursk vilayətindəki komanda məntəqələrindən birinə səfəri zamanı əməliyyatın gedişi barədə Ali Baş Komandana məlumat verən Rusiyanın "Şimal" qoşun qruplaşmasının komandanı və onun müavininin həmçinin, Kursk vilayətinin ərazisinin azad edilməsi üçün əməliyyatın son mərhələsinə daxil olması ilə bağlı məruzələrini dinləyib. 

Qeyd edək ki, martın 12-də axşam saatlarında Putin Kursk vilayətindəki komanda məntəqələrindən birinə baş çəkib. 

O, nəhayət, bölgədə Ukrayna Silahlı Qüvvələrini mümkün qədər tez məğlub etməyi və təhlükəsizlik zonasını təmin etməyi qarşıya vəzifə qoyub.

Dövlət başçısı Kursk əməliyyatında iştirak edən bütün hərbi qulluqçulara minnətdarlıq sözlərini çatdırmağı xahiş edib, Ukrayna Silahlı Qüvvələrinin və xarici muzdluların hərəkətlərinin terror xarakteri daşıdığını qeyd edib. 

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini, ordu generalı Valeri Gerasimov bildirib ki, Kursk vilayətində Ukrayna qruplaşması təcrid olunub və onun sistemli şəkildə məhv edilməsi davam edir.

Seçilən
11
2
cebheinfo.az

3Mənbələr