AZ

Dərnəgüldə yanğın təhlükəli taxta sexinin fəaliyyəti dayandırılıb (VİDEO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətiyanğın təhlükəli taxta sexinin fəaliyyətini dayandırıb.

Trend xəbərverir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətisəlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinintəmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davametdirir.

"Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakışəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, ev 108 ünvanındayerləşən “Sənaye-Tikinti-Təmir” ASC-yə məxsus taxta sexindəkeçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylınöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və yasağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşatəhlükə yaratdığı müəyyən edilib.

Belə ki:

- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusuquraşdırılmayıb;

- obyektdə qeyri-standart odun sobalarından istifadə olunur;

- elektrik təsərrüfatı “Elektrik Qurğularının QuraşdırılmasıQaydası”nın tələblərinə uyğun quraşdırılmayıb;

- obyektdə yanğın su hovuzu və təxliyə planı mövcud deyil;

- obyekt odsöndürən balonlarla tam təmin olunmayıb;

- taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb;

- obyektin ərazisi yanar tullantılardan təmizlənməyib;

- obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında”Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığortaolunmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektinistismarının davam etdirilməsi nəticəsində orada hər an baş verəbiləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmazedəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma vəqaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmişBakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, ev 108 ünvanındayerləşən “Sənaye-Tikinti-Təmir” ASC-yə məxsus taxta sexininfəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarınbir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib", - məlumatda qeydedilib.

Seçilən
0
24
az.trend.az

10Mənbələr